Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
BÜTÜN XƏBƏRLƏR

Qaxın keçmiş icra başçısının həbs müddəti uzadıldı

Tarix: 14-07-2026 17:38     Baxış: 332 A- / A+
Qaxın keçmiş icra başçısının həbs müddəti  uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 6 ay müddətinə uzadılıb.
Manevr.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat üzrə qərar qəbul olunub.
Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. 
Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
2025-ci il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 2025-ci ilin 14 oktyabrında Musa Şəkiliyevin həbs müddəti 4 ay müddətində, 2026-cı ilin 13 fevralında isə həbs müddəti 5 ay müddətində uzadılıb.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar