Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Yer Günəşdən maksimum uzaqlaşacaq

Tarix: 06-07-2026 15:22     Baxış: 3100 A- / A+

Yer Günəşdən maksimum uzaqlaşacaq

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə — Günəşdən maksimum uzaq məsafəyə çatacaq.
Bu barədə  Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,1 milyon kilometr təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, yanvarın əvvəlində müşahidə olunan periheliya zamanı bu məsafə təxminən 147,1 milyon kilometr olur.
Qeyd edək ki, Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.
Yer afeli nöqtəsinə çatdıqda Günəşin görünən diametri ilin ən kiçik göstəricisinə — 31 dəqiqə 31 saniyəlik bucaq ölçüsünə enəcək. Görünüşcə Günəş yanvar ayı ilə müqayisədə təxminən 3 faiz kiçik olacaq. Lakin bu fərqi adi gözlə hiss etmək demək olar ki, mümkün deyil; onu yalnız peşəkar çəkilmiş şəkillərin müqayisəsi zamanı müşahidə etmək olar.
Bu hadisə niyə baş verir?
Yer orbiti ideal dairə deyil, bir qədər uzanmış ellips formasındadır. Buna görə də, planetimizlə Günəş arasındakı məsafəs il ərzində dəyişir. Afeli nöqtəsi Yerin orbit üzrə ən yavaş hərəkət etdiyi mövqedir ki, bu da Keplerin ikinci qanunu ilə izah olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar