Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi

Tarix: 04-07-2026 22:19     Baxış: 3120 A- / A+
Ölümlə nəticələnən avtomobil qazası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinən tiktoker İlduzə Hacıyevanın ("Arzum") həbsi iki gündür gündəmdən düşmür. Bu gün isə sözügedən qəzada həlak olan Amal Məlikovun vaxtilə narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair yayılan məhkəmə sənədləri müzakirələri yenidən alovlandırıb. Həmin hökmün surəti paylaşılaraq, Amalın qəza zamanı da narkotik vasitənin təsiri altında ola biləcəyi iddia edilir.
Manevr.az xəbər verir ki, "Qafqazinfo" məsələ geniş müzakirə mövzusuna çevrildiyindən hər cür şübhəyə aydınlıq gətirmək məqsədilə qəzanın baş verdiyi gün Amalın narkotik vasitə və ya spirtli içki qəbul edib-etmədiyini araşdırıb. Sözsüz ki, bu suala cavab verən ən mötəbər sənəd isə məhkəmə-tibbi ekspertizasının rəyidir.
Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, yol-nəqliyyat hadisəsi zamanı həlak olan Amal Məlikovun qanında nə spirt, nə də narkotik vasitə aşkar edilib.
Rəydə bu barədə konkret olaraq belə qeyd olunur:
"Mərhum A.M.Məlikovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredici maddələr aşkar edilməmişdir".
Məhkəmə isə hökmü Azərbaycan Respublikası adından çıxarır. Hakim hökm qəbul edərkən emosiyalara deyil, iş üzrə toplanmış sübutlara, ekspert rəylərinə və digər araşdırılmış materiallara əsaslanır. Tərəflərdən hər hansı biri hökmlə razılaşmadıqda isə qanun ona apellyasiya instansiyasına müraciət etmək hüququ verir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar