Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Abşerona çəyirtkə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Tarix: 04-07-2026 13:41     Baxış: 3103 A- / A+

Son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olub.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsələ ilə əlaqədar agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər.
Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.
Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar