Sizin Reklam Burada
Xəbər lenti
02-07-2026
01-07-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynanın Xalq artisti faciəli şəkildə öldü

Tarix: 03-07-2026 12:17     Baxış: 424 A- / A+



Ukraynanın Xalq artisti Nikolay Yançenko bədbəxt hadisə nəticəsində həyatını itirib.
Manevr.az xəbər verir ki, faciə Vinnitsa vilayətinin Strijavka qəsəbəsində, sənətçinin yaşadığı evin həyətində baş verib. Bildirilir ki, xeyriyyə konsertlərindən qayıtdıqdan sonra dincəlmək istəyən ifaçı hovuza daxil olub. Həmin vaxt o, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Sənətçinin dostu Yuri Melnik sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Nikolay Yançenkonun ölümü ani baş verib. Onun sözlərinə görə, ifaçı son günlər Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə təşkil olunan xeyriyyə konsertlərində iştirak edirdi. Bu tədbirlərdə İrina Fedişin və "Lisapetnıy batalyon" qrupu da yer alıb.
Yuri Melnik bildirib ki, Nikolay Yançenkonun vəfatı ailəsi, yaxınları və çoxsaylı pərəstişkarları üçün böyük itki olub.
Qeyd edək ki, Nikolay Yançenko "Lişe u nas na Ukrayini", "Perelaz", "Karasik", "Oy çoho j vi mamo posivili rano", "Yablunya Pepinka" və digər məşhur mahnıları ilə tanınırdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar