Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Masallıda ağır qəza 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Tarix: 03-07-2026 08:19     Baxış: 3102 A- / A+
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Masallı–Yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev, idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər "Mercedes" markalı avtomobillə toqquşub.

Toqquşmanın təsirindən Rusif Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Zərbənin təsirindən beton elektrik dirəyi bir neçə hissəyə parçalanıb.

Qəza nəticəsində sürücü Rusif Babayev hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olanlar təcili tibbi yardım briqadalarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılar Ərkivan qəsəbə sakinləri 33 yaşlı Pərvin Əliniyaz oğlu Həsənov, 23 yaşlı Fərid Fərahim oğlu Qasımov və 34 yaşlı Araz Telman oğlu Məmmədzadədir.

Həkimlərin səylərinə baxmayaraq, Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, qəza nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib. Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir. Faktla bağlı araşdırma aparılır. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar