Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı

Tarix: 02-07-2026 22:39     Baxış: 3103 A- / A+
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb.

Hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Bakı şəhər sakini Oruc Vəliyev (ad və soyadı şərtidir) həmin mağazada sürücü kimi işləyib. O, təxminən üç il burada çalışdıqdan sonra obyektdə olan dizel yanacağını mağaza sahibindən gizli şəkildə satıb. Bunu öyrənən mağaza sahibi Oruc Vəliyevi işdən çıxarıb.

İşdən çıxarıldıqdan sonra başqa yerdə işləməyə başlayan Oruc Vəliyev keçmiş müdirindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında mağazaya gələrək kassadan 520 manatlıq qəpik pul, 201 manat kağız pul və 100 ABŞ dolları oğurlayıb.

Daha sonra obyektdə satış üçün saxlanılan benzini mağazanın elektrik sayğacının üzərinə tökərək alışdırıb. Nəticədə mağaza içərisindəki avtomobil ehtiyat hissələri ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğının Oruc Vəliyev tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Oruc Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar