Xəbər lenti
Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO

Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara yol açıb. Yolun iki müxtəlif nöqtəsində torpaq sürüşməsi aktivləşib, nəticədə asfalt örtüyü tamamilə dağılıb.
Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız hala düşüb. İndi sürücülər hərəkət üçün alternativ və təhlükəli yollardan istifadə etməyə məcbur qalıblar. Kənd sakinləri və sürücülər vəziyyətin günbəgün daha da pisləşdiyini bildirirlər.
Manevr.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
"Qazancımızı ailəmizə xərcləyək, ya maşının ehtiyat hissələrinə verək - bilmirik. Yolların bərbad vəziyyəti səbəbindən həm vaxt itiririk, həm də maddi ziyanla üzləşirik. Xəstələrimizi vaxtında xəstəxanaya çatdırmaq belə çətinləşib", - deyə yerli sakinlər şikayətləniblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Yol İstismar İdarəsindən bildirilib ki, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və qüsur aktı tərtib edilib.
Hazırda yolun tam bərpası üçün vəsaitin ayrılması gözlənilir. Bununla belə, Agentlik əməkdaşları ərazini nəzarətdə saxlayır, təmir-bərpa işləri mütəmadi olaraq aparılır. Qurumdan yolun hazırda istifadəyə yararlı vəziyyətdə olduğu da vurğulanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































