Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Tarix: 25-06-2026 13:32     Baxış: 3121 A- / A+
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, idarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və xidməti ərazi olan digər su hövzələrində qanunazidd halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri sahil boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar