Xəbər lenti
Kliniki Tibbi Mərkəzdə insident: Uşağın müayinəsi zamanı həkimlər mübahisə etdilər -
Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia olunur ki, ağcaqanad dişləməsindən sonra səhhətində problem yaranan azyaşlı gecə saatlarında Kliniki Tibbi Mərkəzə gətirilib.Valideynin sözlərinə görə, uşağın vəziyyətində halsızlıq və hərarət müşahidə olunsa da, həkimlər arasında fikir ayrılığı və mübahisə yaşanıb.
İddia edilir ki, azyaşlıya lazımi tibbi yardım göstərilməyib və o, ətraflı müayinə olunmadan evə göndərilib.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 6 iyun 2026-cı il tarixində saat 00:20-də 2016 və 2021-ci il təvəllüdlü iki azyaşlı ilə bağlı Təcili tibbi yardım şöbəsinə müraciət qeydə alınıb.
Həkim tərəfindən aparılan müayinə zamanı pasiyentlərin toksikoloq tərəfindən konsultasiya edilməsi tövsiyə olunub. Konsultasiya zamanı həkim-cərrah və həkim-toksikoloq arasında xidməti fəaliyyətlə bağlı anlaşılmazlıq yaranıb və mühafizə xidməti yüksək səslə danışıq səbəbindən müdaxilə edib.
Yaranmış vəziyyət tibb müəssisəsinin rəhbərliyi tərəfindən araşdırılıb və hər iki həkimə ciddi xəbərdarlıq edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































