Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bayram qonaqlığına gedən ana və oğlunu sel apardı

Tarix: 29-05-2026 22:41     Baxış: 3110 A- / A+
Bayram qonaqlığına gedən ana və oğlunu sel apardı
Türkiyənin Kocaeli vilayətində qohumlarını bayram ziyarətinə gedən ana və oğlu sel sularına düşərək ölüblər.

Əminə Yeni və oğlu Mustafa Yeni bayram ziyarəti etmək məqsədilə Bəylik kəndindən kvadrasiklla yola çıxıblar.

Ana və oğul Şevketiye kəndi yaxınlığında yerləşən çayı keçmək istəyərkən güclü axına qapılaraq sürükləniblər.

Yaxınları uzun müddət onlardan xəbər ala bilmədikdən sonra hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. Hadisə yerinə göndərilən xilasedici qruplar ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlayıblar.

Axtarış tədbirləri nəticəsində Mustafa Yeni və anası Əminə Yeninin meyitləri tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar