Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda evin mətbəxi kollektora düşdü - Video

Tarix: 26-05-2026 10:52     Baxış: 381 A- / A+


Həyətlər çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta, evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.
Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev 88 ünvanındandır.
Sakinlər deyirlər ki, aramsız yağışlardan sonra küçə boyu müxtəlif evlərin həyətində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar bütün həyətlərdə dərin quyular yaranıb.
Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Əksinə, çökən kollektor sonradan çəkilib.
Onlar mövcud vəziyyətlə bağlı əlaqədar qurumlara da müraciət ediblər.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.
Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Aidiyyəti üzrə işlərin görülməsi üçün müraciət olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar