Xəbər lenti
Qadın ərini tava ilə döydü

Manevr.az xəbər verir ki, hadisə ötən il iyulun 26-da Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib.
1992-ci il təvəllüdlü Fərqanə həmin gün saat 12 radələrində yaşadıqları evin dəhlizində həyat yoldaşı Məmmədlə (adlar şərti verilib – red.) mübahisə edib.
Buna səbəb Məmmədin qadının barəsində böhtan xarakterli ifadələr işlətməsi olub.
Mübahisə zamanı qadın kabellə ərinin qarın, qol və kürək nahiyələrinə, tava ilə qoluna, əli ilə isə üzünə bir neçə dəfə vurub.
Fərqanənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Fərqanə ifadəsində göstərib ki, 2021-ci ildə Məmmədlə ailə həyatı qurub, bir azyaşlı övladları var: “Əvvəllər münasibətlərimiz yaxşı idi, sonradan aramızda mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələr yaşandı.
Hadisədən əvvəlki gün övladıma dərman içirdikdən sonra dərmanı harasa qoyduğum üçün onu tapa bilmədim. Təxminən saat 3 radələrində Məmməd evə gələrək yatdı. O, dərmanı axtardıqda evin həyətindən tapdı və buna görə mənə irad bildirməyə başladı. Durmadan ünvanıma böhtan xarakterli ifadələr işlətməyə davam etdiyi üçün aramızda mübahisə yarandı.
Evin dəhlizində olan kabeli götürərək onun qarın, qol və kürək nahiyələrinə, tava ilə qoluna, əlimlə üzünə zərbələr vurdum. Məmməd isə kabellə məni boğmağa çalışdıqda onun əlindən çıxdım”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Fərqanə 1000 manat məbləğində cərimə olunub./teleqraf
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































