Sizin Reklam Burada
Xəbər lenti
02-05-2026
01-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şəkidə canavarlar kəndə hücum etdi: 30 qoyun tələf oldu - Şəkillər

Tarix: 03-05-2026 08:37     Baxış: 335 A- / A+
Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 baş qoyun-quzu tələf olu.

Hücum kənd sakini Orxan Babayevə məxsus təsərrüfat da daxil olmaqla bir neçə sakinin təsərrüfatına olub.

İlkin məlumata görə, yırtıcılar xırdabuynuzlu heyvanların bir hissəsini parçalayaraq məhv edib, bir neçəsini isə yaralayıb.

Təsərrüfat sahibi Orxan Babayev bildirib ki, hadisə səhər tezdən baş verib. Onun sözlərinə görə, canavar hündürlüyü iki metrdən artıq olan hasarı aşaraq tövləyə daxil olub və 10 baş qoyunu yerindəcə məhv edib, daha 13 baş heyvanı yaralayıb. Yaralı heyvanların yaşaması sual altındadır. O, həmçinin canavarın bir baş qoyunu aparmasının şahidi olduğunu qeyd edib.

O.Babayev əlavə edib ki, ailə bütün vəsaitini qoyunçuluğun inkişafına yönəldib və təsərrüfatın saxlanılması üçün xeyli xərc çəkib. Onun sözlərinə görə, dəyən ziyanın məbləği təxminən 20 min manat təşkil edir.

Qeyd edək ki, Qozlubulaq kəndi Şəki şəhərindən təxminən 70 kilometr məsafədə yerləşir və sakinlərin əsas məşğuliyyəti qoyunçuluq və əkinçilikdir. Kənd ətrafında dərə və təpəliklərin çoxluğu yırtıcı heyvanların fəallaşmasına şərait yaradır.

Kənd sakini Rahim Əhmədov bildirib ki, sakinlər heyvanlarını örüşə apararkən təhlükəsizlik məqsədilə bir neçə nəfərlə birlikdə hərəkət edirlər. Onun sözlərinə görə, bəzi hallarda canavar hücumlarına qarşı çoban itləri də aciz qalır.
Kənd icra nümayəndəsi Niyaz Şirinov bildirib ki, tələf olan heyvanlar baytar həkimlərin nəzarəti ilə kənd kənarında xüsusi ayrılmış ərazidə basdırılıb, zərərçəkən təsərrüfatlarda dezinfeksiya işləri aparılıb.

O, həmçinin qeyd edib ki, bəzi sakinlər hələ də mal-qaranı sığorta etdirməyə laqeyd yanaşır ki, bu da belə hallarda ciddi maddi itkilərlə nəticələnir. apa

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar