Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanğın hadisəsi başlayıb.
Manevr.az xəbər verir ki, hadisə universitetin bir saylı tədris korpusunun həyətində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.
Hadisə zamanı korpusun əməkdaş və tələbələri təxliyə ediliblər.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, yanğının tüstüsü bir saylı tədris korpusunda hiss olunduğuna görə, korpusdakı bütün əməkdaşlar, müəllimlər və tələbələr təcili təxliyə olunublar:
"Yanğın nəzarətə götürülüb və tam söndürülməsi istiqamətində işlər görülür. Hadisə nəticəsində heç bir əməkdaş və ya tələbə xəsarət almayıb".
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.
Qeyd olunub ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
Xəbər lenti
Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın oldu

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































