Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Tarix: 17-04-2026 22:21     Baxış: 3157 A- / A+
Qubada şagirdlərin davasına valideynlər də qoşulub.

Hadisə Birinci Nügədi kəndində qeydə alınıb.

Kənd sakini 30 yaşlı Muxtar Hadıyev (ad və soyad şərtidir) yaşadığı evin qarşısında zərərçəkən Fuadın (şərti adla) başına yumruqla zərbə vuraraq xəsarət yetirib.

Bu əməlinə görə Muxtar saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, övladını məktəbdən götürərkən uşağının ağladığını görüb. Səbəbini soruşanda uşaq sinif yoldaşının onu söydüyü deyib. Muxtarın sözlərinə görə, yolda oğlunun sinif yoldaşını görərək əsəbi danışıb. Axşam onun atası söhbət etmək üçün Muxtarın evinin qarşısına gəlib. Burada yaranan mübahisə zamanı Muxtar Fuadın başına yumruqla zərbə vurub.

Zərərçəkən şəxsin sözlərinə görə isə Muxtar onun oğlunu vurub və uşaq ağlayıb. Muxtarın evinin qarşısında ondan niyə belə etdiyini soruşanda təqsirləndirilən şəxs “yaxşı edirəm” deyib. Daha sonra Muxtar onu da vurub.

Zərərçəkən Fuad Muxtarla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Muxtar Hadıyev məsuliyyətdən azad olunub. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar