Xəbər lenti
Oğuzda piknik zamanı DAVA: dostların zarafatı QANLA BİTDİ
Oğuz rayonunda piknik yerində bıçaqlanma hadisəsi olub.Hadisə şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə qeydə alınıb.
İttiham aktına görə, 40 yaşlı Uğur Xəlilov (ad və soyad şərtidir) iki dostu ilə birgə Oğuza istirahətə gəliblər. Onlar əvvəlcə Xalxal şəlaləsini gəzib sonra şəhərə piknik yeri axtarmağa başlayıblar. Dostlar soruşa-soruşa şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə piknik yeri tapıblar. Burada sükan arxasında olan dostdan başqa digər ikisi 700 qram araq içiblər. Sonra dostlar arasında zarafatlar başlayıb və bu zarafat qarşı tərəfin Uğura şillə vurması ilə davaya çevrilib. Uğur dostunun bu hərəkətindən əsəbiləşərək onunla əlbəyaxa olub və dalaşa-dalaşa piknik kafesinin mətbəxinə gediblər. Mətbəxdə dostu Uğurun qarnına təpik vurub. Uğur isə stolun üstündən bıçağı götürərək dostunun qarın və bud nahiyələrinə xəsarət yetirib.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və dostu ilə barışmasını deyərək, barəsində amnistiya aktının tərtib olunmasını xahiş edib.
Zərərçəkən şəxs də Uğura qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Uğur Xəlilov barəsində amnistiya aktı tərtib olunub və o, cinayət məsuliyyətindən azad olunub. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































