Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəbdə insident: Müəllim valideyni döydü

Tarix: 10-04-2026 15:53     Baxış: 472 A- / A+
Məktəbdə insident: Müəllim valideyni döydü
Biləsuvarda orta məktəbdə insident olub.

Manevr.az 
xəbər verir ki, hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib.

Təhsil müəssisəsinin 44 yaşlı müəllimi Afiq Axundov (ad və soyad şərtidir) ilə Fariz (şərti adla) adlı valideyn arasında mübahisə olub.

Qida satışı olan hissədə davam edən mübahisə zamanı Afiq müəllim Farizin diz nahiyəsinə zərbə vurub və sonra onlar əlbəyaxa olaraq yerə yıxılıblar. Bu zaman Fariz bir sıra xəsarətlər alıb. Zərərçəkən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Faktla bağlı Afiq Axundov saxlanılıb və barəsində prokurorluq tərəfindən inzibati protokol tərtib olunub.
 
Barəsində inzibati xəta üzrə icraat aparılan Afiq Axundov bildirib ki, Fariz direktor müavininin otağına girərək yüksək tonla danışıb. Ona xanımla belə danışmamalı olduğunu bildirsə də, Fariz Afiqi söyüb və o da əsəbiləşərək otaqdan çıxıb. Fariz onun arxasınca düşərək qida satışı hissəsinə gəlib və Afiqin orada əyləşib çay içdiyini görüb. Burada tərəflər arasında mübahisə, daha sonra dava olub.

Zərərçəkən isə bildirib ki, oğlunun digər şagirdlərlə dalaşdığını görüb və onları ayırıb. Sonra bu barədə direktor müavini ilə danışmağa gedib. Bu zaman Afiq adlı müəllimlə arasında məlum hadisə baş verib. Zərərçəkən ifadəsində Afiq müəllimin cəzalandırılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə Afiq Axundov 300 manat məbləğində cərimələnib.(lent.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar