Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Nişanlısı ilə restorana gedib dava salan şəxs iri məbləğdə cərimələndi

Tarix: 08-04-2026 21:19     Baxış: 463 A- / A+
Bakının Səbail rayonunda yerləşən restoranda dava salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

1993-cü il təvəllüdlü L.Lazarev barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

İstintaq zamanı məlum olub ki, L.Lazarev restoranda nişanlısının Aydın (adlar şərtidir) adlı tanışı ilə dalaşıb.

Barəsində cinayət işi açılmış şəxs hadisəni belə təsvir edib:

"Özümü qismən təqsirli bilirəm. Nişanlım Svetlana ilə restoranda oturan zaman bizə mənim əvvəldən tanımadığım Aydın adlı şəxs yaxınlaşdı. Biz onunla tanış olduq. Bir az sonra məlum oldu ki, Aydın və nişanlım Svetlana əvvəllər tanış olublar. Söhbət əsnasında çox sərxoş olduğum üçün masanın üzərində yatıb qalmışam. Svetlananın səsinə oyandım və Aydının onu narahat etdiyini gördüm. Aydından masadan durub uzaqlaşmağını istədim, lakin o məni təhqir etdi. Bu zaman Aydının üzünə bir zərbə vurdum və zərbədən yıxıldı. Özümə gəldikdən sonra Svetlana ilə Aydını apararaq əl-üzünü yuduq".

Zərərçəkmiş şəxs bildirib ki, hadisə vaxtı burnundan xəsarət alıb.

Səbail Rayon Məhkəməsi L.Lazarevi xuliqanlıq əməlində təqsirli hesab edərək üç min manat cərimə edib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar