Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Namiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Tarix: 07-04-2026 22:00     Baxış: 354 A- / A+
Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Namiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur.

İttihama əsasən, Namiq Nəbiyev Suriya Ərəb Respublikasında davam edən silahlı münaqişə ilə əlaqədar olaraq 2022-ci ildən etibarən müxtəlif vaxtlarda üçüncü şəxslərin adına açılmış bank hesablarına ümumilikdə 28.479 ABŞ dolları məbləğində pul vəsaiti köçürüb. Bildirilir ki, həmin vəsaitlərin terror təşkilatı kimi tanınan İraq və Şam İslam Dövlətinə (İŞİD) çatdırılması təmin edilmiş, nəticədə bu vəsaitlərin silah və digər terror məqsədli vasitələrin əldə olunmasına yönəldilməsi üçün şərait yaradılıb. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar