Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Baba nəvəsinə xəsarət yetirdi - Gəlini polisə şikayət etdi

Tarix: 01-04-2026 22:40     Baxış: 356 A- / A+
Quba rayonunda 63 yaşlı kişi nəvəsinə xəsarət yetirib.

Hadisə bu ilin yanvarın 2-də Quba şəhərində baş verib.

1963-cü il təvəllüdlü Kərəm həmin gün saat 11 radələrində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nəvəsi Oğuzu (adlar şərti verilib – red.) vuraraq, ona xəsarətlər yetirib.

Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Kərəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət onun gəlindir: “Məlahət oğlum ilə evli olub və hazırda isə ayrılıblar. Zərərçəkmiş Oğuz isə nəvəmdir. Yanvarın 2-də, saat 11 radələrində evdə olduğumuz zaman nəvəm məni əsəbləşdirdiyi üçün onun sol əlinin üst nahiyyəsindən bir dəfə yumruq zərbəsi ilə vurdum. Həmin zaman barmağımda üzük olduğunu üçün nəvəmin əli yaralandı. Bundan bir neçə gün sonra gəlinim məndən şikayət etdi”.

Zərərçəkmiş Oğuz ifadəsində bildirib ki, atası ilə anasının boşanıblar: “Anamın işləməsi səbəbindən ata babam Kərəmin yanında yaşayıram. Babam ilə münasibətlərimiz hər zaman yaxşı olub. Babam hər gün məni məktəbə aparıb, sonra da məktəbdən götürərək evə gətirib”.

Zərərçəkmiş qeyd edib ki, yanvarın 22-də, saat 11 radələrində evdə olduqları zaman dəcəllik etdiyini üçün babası əsəbləşib və onun sol əlinin üst nahiyyəsindən yumruqla vurub: “Əlimin üstündə yara əmələ gəldiyi üçün bir neçə gün əlimi anamdan gizlətdim. Hadisədən 2-3 gün sonra anam əlimi gördü və nə olduğunu soruşdu. Bildirdim ki, bir neçə gün əvvəl babam yumruqla vuraraq xəsarət yetirib”.

Quba Rayon Məhkəməsinin hökmü ilə Kərəm aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanması qərara alınıb. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar