Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır

Tarix: 18-03-2026 09:04     Baxış: 3131 A- / A+
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb:

"233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) ötən gün dərsdən qaçmaq istəyərkən təhsil müəssisəsinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Hadisə ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün sözügedən məktəbin 8-ci sinif şagirdi dərsdən qaçmaq istəyərkən məktəbin ikinci mərtəbəsinin pəncərəsindən həyətə tullanıb, nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar