Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu

Tarix: 14-03-2026 21:29     Baxış: 357 A- / A+
Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu
"Instagram"da nalayiq ifadələr işlədənlər həbs olunublar.

29 yaşlı Lənkəran rayon sakini "Instagram" sosial şəbəkəsindəki "seyidemir_" hesabı ilə qeyri-etik ifadələr işlədib. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya resursunda və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs törətdiyi əməli etiraf edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

Bundan başqa, 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya resurslarında qadağan edilən informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Buna görə də onun barəsində həm 388-1.1.1-ci, həm də 510.2-ci maddələrlə protokollar tərtib olunub.

Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də "TikTok" sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Onun sözlərinə görə, özünün hazırladığı videoçarxı başqası götürərək paylaşıb, həmin paylaşımın rəy bölümündə isə onun mərhum ailə üzvünü təhqir ediblər. Buna görə o da əsəbiləşərək nalayiq ifadə işlədib.

Məhkəmənin qərarı ilə 29 yaşlı Lənkəran rayon sakini 15 gün, 46 yaşlı şəxs bir ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar