Sizin Reklam Burada
Xəbər lenti
29-05-2026
28-05-2026
BÜTÜN XƏBƏRLƏR

Narkotik çəkən "Zil" sürən saxlanıldı

Tarix: 12-03-2026 14:00     Baxış: 360 A- / A+
Narkotik çəkib "Zil" sürən  saxlanıldı
Abşeron rayon sakini Ramil Bünyatov idarə etdiyi “ZİL” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, sürücünün davranış və hərəkətlərinin qeyri-adekvat olması YPX əməkdaşlarında şübhə doğurduğundan o, tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə zamanı Ramil Bünyatov müxtəlif yollarla tibbi müayinədən yayınmağa cəhd göstərsə də, aparılmış müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
Törətdiyi qanun pozuntuları ilə bağlı R.Bünyatov barəsində inzibati tənbeh tədbirləri görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, alkoqol sərxoşluğu və ya narkotik, eləcə də digər psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən şəxslər yol hərəkəti üçün ciddi təhlükə mənbəyidir. Bu kimi kobud qayda pozuntularına qarşı nəzarət tədbirləri davam etdirilir və belə hallara yol verən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlərin görülməsi bundan sonra da təmin ediləcək.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar