Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhid anasına qarşı 40 min manatlıq dələduzluq

Tarix: 10-03-2026 14:51     Baxış: 471 A- / A+
Abşeron rayonunda şəhid anası S.Mixailovna dələduzluğa məruz qalıb. 

Manevr.az-ın qaynarinfo-ya istinadən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində oğlu üçün ev almaq istəyən şəhid anasının 40 000 manat pulu dələduzluq yolu ilə ələ keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən Rəfail adlı şəxs tutulub. 

Araşdırmalar zamanı onun başqa şəxslərə qarşı da dələduzluq etdiyinə əsaslı şübhələr yaranıb. Həmin şəxsə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı isə Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə aparılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd edən müttəhim məsuliyyəti İ.Məmmədov adlı müştərisinin üzərinə atıb. 

Lakin zərərçəkmişlərin ifadələri Rəfailin söylədikləri ilə ziddiyyət təşkil edib. Bu baxımdan, məhkəmə onun ifadəsini özünümüdafiə kimi qiymətləndirib. 

İş materiallarından o da məlum olur ki, zərərçəkmişlərdən biri də "Mir İnşaat” tikinti materilları mağazasının sahibidir. Zərərçəkmişin ifadəsindən məlum olur ki, təqsirləndirilən şəxsin həmin mağazadan 39 860 manat dəyərində inşaat malları götürüb, lakin pulunu verməyib. 

Məhkəmənin hökmü ilə müttəhimə 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun məhkəməyədək icraat dövründə tutulduğu 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2  il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar