Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

4 nəfər dövlət sərhədini pozmağa cəhd göstərdi

Tarix: 27-02-2026 12:47     Baxış: 324 A- / A+
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə 4 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilib.
 
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
 
Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb, üzərilərindəki bağlamaları atmış havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.
 
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 (üç) ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
 
Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.
 
Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar