Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Arvad ona şillə vuran ərini polisə verdi

Tarix: 20-02-2026 21:53     Baxış: 3145 A- / A+
Arvad ona şillə vuran ərini polisə verdi
Bakının Nizami rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Hadisə onların birgə yaşadıqları mənzildə baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Nurəddin qeyri-rəsmi nikah münasibətində olmaqla birgə yaşadığı Səlimə (adlar şərtidir – red.) ilə mübahisə edib. O, Səlimə ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı onu təhqir etməsi səbəbindən qəsdən əli ilə sifətindən şillə vurub.

Nurəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Nurəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, şəxsi münasibətlərin pozulması zamanı cinayət hadisəsinin baş verdiyini etiraf edib. Bildirib ki, Səlimə ilə barışıb.

Zərərçəkmiş Səlimə də təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayətini geri götürüb. Onlar barışması ilə bağlı məhkəməyə sənəd təqdim ediblər.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Nurəddin cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. demokrat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar