Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Qadın pula görə kişini çəkiclə 40 dəfə vurub öldürdü

Tarix: 11-02-2026 21:35     Baxış: 346 A- / A+
Qadın pula görə kişini çəkiclə 40 dəfə vurub öldürdüRusiyanın Novosibirsk vilayətində qadın tanışını qarət etmək məqsədilə ona 40 dəfə çəkiclə zərbə endirib. Götürdüyü pul isə 25 min rubl olub.

Novosibirsk vilayətində ağır cinayətdə təqsirli bilinən yerli sakin barəsində ittihamedici hökm çıxarılıb. Moşkovski rayon məhkəməsi Stansionno-Oyaşinski qəsəbəsindən olan qadına qarşı cinayət işinə baxıb.

İstintaq və məhkəmə müəyyən edib ki, 2025-ci il martın 17-də təqsirləndirilən şəxs tanışının evində qonaq olarkən onunla münaqişə edib. Mübahisə zamanı qadın kişinin baş və əl nahiyələrinə azı 40 dəfə çəkiclə zərbə endirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Qətli törətdikdən sonra qadın mərhumun 25 min rubl məbləğində pulunu ələ keçirib. Məhkəmə onu "qəsdən adam öldürmə" və "yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmiş oğurluq" üzrə təqsirli bilib. Cinayətlərin məcmusu üzrə ona 9 il 5 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Məhkum cəzasını ümumi rejimli islah müəssisəsində çəkəcək. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar