Xəbər lenti
Qadın pula görə kişini çəkiclə 40 dəfə vurub öldürdü
Rusiyanın Novosibirsk vilayətində qadın tanışını qarət etmək məqsədilə ona 40 dəfə çəkiclə zərbə endirib. Götürdüyü pul isə 25 min rubl olub.Novosibirsk vilayətində ağır cinayətdə təqsirli bilinən yerli sakin barəsində ittihamedici hökm çıxarılıb. Moşkovski rayon məhkəməsi Stansionno-Oyaşinski qəsəbəsindən olan qadına qarşı cinayət işinə baxıb.
İstintaq və məhkəmə müəyyən edib ki, 2025-ci il martın 17-də təqsirləndirilən şəxs tanışının evində qonaq olarkən onunla münaqişə edib. Mübahisə zamanı qadın kişinin baş və əl nahiyələrinə azı 40 dəfə çəkiclə zərbə endirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən hadisə yerində dünyasını dəyişib.
Qətli törətdikdən sonra qadın mərhumun 25 min rubl məbləğində pulunu ələ keçirib. Məhkəmə onu "qəsdən adam öldürmə" və "yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmiş oğurluq" üzrə təqsirli bilib. Cinayətlərin məcmusu üzrə ona 9 il 5 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Məhkum cəzasını ümumi rejimli islah müəssisəsində çəkəcək. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































