Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

London–Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib

Tarix: 08-02-2026 23:09     Baxış: 458 A- / A+


London–Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8 fevral tarixində “Virgin Atlantic” aviaşirkətinə məxsus hava gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün müraciət edib.
Manevr.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Airbus A350 tipli təyyarə yerli vaxtla saat 21:26-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar