Xəbər lenti
Sumqayıtda evdən oğurluq edən qadın və kişinin anbaan görüntüləri - Şəkil
Sumqayıtda evdən məişət əşyaları oğurlayan iki şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Yanvarın 24-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində iki naməlum şəxs qapısıaçıq qalmış bir evin həyətinə daxil olaraq 2000 manat dəyərində məişət əşyalarını oğurlayıblar. Bu barədə zərərçəkən polisə müraciət edib.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı qadın və 35 yaşlı Vaqif Şəfiyev müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların bir müddət əvvəl həmin evi kənardan müşahidə etdikləri və gediş-gəlişin olmamasından istifadə edərək məişət əşyalarını talayıb metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































