Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Goranboyda şagirdi döyən direktora cinayət işi açıldı

Tarix: 31-01-2026 20:31     Baxış: 330 A- / A+
Goranboyda şagirdi döyən direktora cinayət işi açıldıGoranboyda şagirdi döyən direktora cinayət işi açılıb.
Manevr.az xəbər verir ki, hadisə Qızılhacılı kəndində yerləşən 1 saylı orta məktəbdə qeydə alınıb.
Həmin məktəbin direktoru olan 60 yaşlı Məlahət Abbasova (ad və soyad şərtidir) məktəbin müəllimlər otağında 10-cu sinif şagirdi olan zərərçəkəni döyüb. Buna səbəb isə həmin şagirdin məktəbdən kənarda digər yeniyetmələrlə dalaşması olub. Buna görə xanım direktor həmin şagirdi müəllimlər otağında, insanların gur olduğu zaman danlayıb. Lakin birdən direktor ətrafdakı insanlara əhəmiyyət verməyərək şagirdi nalayiq ifadələrlə təhqir edib və qoluna, boynuna zərbələr vurub. Nəticədə məktəbli bir sıra xəsarətlər alıb.
Bu əməlinə görə, məktəbin direktoru Məlahət Abbasova barəsində cinayət işi açılıb.
Xanım direktor məhkəmədəki çıxışı zamanı “Konstitusiya və Suverenlik İli” çərçivəsində barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Goranboy rayon Məhkəməsinin qərarı ilə Məlahət Abbasova barəsində aparılan cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.lent.az
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar