Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Su idarəsinin "əməkdaşı" yaşlı qadını aldatdı

Tarix: 31-01-2026 19:50     Baxış: 373 A- / A+


Bakıda özünü su idarəsinin əməkdaşı kimi təqdim edib, yaşlı ev sahibini aldadan şəxs həbs olunub.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Şamil Əfəndiyev saat 15:30 radələrində evin qapısını döyərək, özünü su idarəsinin işçisi kimi təqdim edib və evin yaşlı sakini Raisə adlı qadına sayğacın xarab olduğubnu deyib. Həmçinin qadına deyib ki, bu səbəbdən sayğac artıq pul yazır və dəyişdirilməlidir. Bundan sonra isə onlara 500 manat pul qaytarılacağını bildirib.
O, sayğacın dəyişdirilməsi üçün 240 manat pul istəyib. Qadın isə ona inanaraq xırda olmadığına görə 300 manat pul verib. O, pulu xırdalamaq adı ilə həyətə düşərək ərazini tərk edib. Həmçinin gedərkən zərərçəkmiş qadının "Nokia" markalı mobil telefonu da oğurlayıb.
Dərhal hadisə ilə bağlı DİN-in 102 xidmətinə və Binəqədi rayon 7-ci Polis Şöbəsinə məlumat verilib. Təqsirləndirilən şəxs saxlanılaraq, məhkəmə qarşına çıxarılıb.
Məhkəmənin hökmü ilə Şamil Əfəndiyev İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3 ay müddətə həbs edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar