Xəbər lenti
Yer kürəsində maqnit qasırğası gözlənilir
Manevr.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və REA-nın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
Qeyd edilib ki, ötən sutka ərzində qısamüddətli dalğalanmalar və zəif maqnit qasırğası müşahidə olunub. Laboratoriyanın saytındakı qrafikə əsasən, maqnit qasırğası yanvarın 29-da gecə baş verib.
Daha əvvəl bildirilirdi ki, yanvarın 28-də Günəşdə tac dəliyin təsiri səbəbindən geomaqnit aktivliyinin artacağı gözlənilir.
"Planet təxminən 24 saat ərzində tac (koronal) dəliyin təsir zonasında qalacaq. Bu dövr ərzində qısamüddətli geomaqnit dalğalanmaları və qasırğaları mümkündür", - deyə məlumatda qeyd edilir.
Bundan əlavə, 24 saat (sutka) ərzində Günəşin digər tərəfindəki aktiv bölgələrin Yerdən görünən tərəfinə çıxış ola bilər.
"Bununla bağlı olaraq, trendin tədricən dəyişməsi və partlayışların sayının artmasının bərpası gözlənilir. Bunun hansı səviyyəyə qədər qalxa biləcəyi bu bölgələr tam şəkildə izlənilmə zonasında olduqdan sonra aydınlaşacaq", - deyə qeyd edilib.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































