Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Partlayış olan bina niyə təmir edilmir?

Tarix: 29-01-2026 08:54     Baxış: 333 A- / A+
Partlayış olan bina niyə təmir edilmir?Bakıda qaz sızması nəticəsində partlayış baş vermiş binada ondan artıq mənzilin sakinləri evsiz qalıb.
Manevr.az-ın məlumatına görə, hadisə ötən ilin avqust ayında baş verib. Nizami rayonu, Əli Vəliyev küçəsi 6 ünvanında yerləşən 5 mərtəbəli binada partlayışdan sonra sakinlər evlərindən çıxarılıb və kirayə mənzillərə köçürülüblər. Hələ o vaxt bildirilmişdir ki, binanın qəzalı vəziyyətə düşmüş hissəsi söküləcək və yenidən bərpa ediləcək.
Sakinlər deyirlər ki, ötən il onlara layihə-smeta sənədləri hazırlanacağı, binada bərpa işlərinə başlanılacağı bildirilsə də, ortada bir nəticə yoxdur.
Bu azmış kimi, indi isə sakinlərə kirayə pullarının ödənilməyəcəyi bildirilib.
Şikayətçilər deyirlər ki, dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbullarda olublar, hər dəfə müəyyən tarix verilsə də, vədlərə əməl olunmayıb.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələ qurumun nəzarətindədir. Binanın 1-ci blokunun 5-ci mərtəbəsində baş vermiş partlayış hadisəsi ilə bağlı dərhal operativ tədbirlər həyata keçirilib, partlayışdan zərər görmüş sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kirayə ödənişləri qarşılanmaqla müvəqqəti yaşayış yerlərinə köçürülüblər. Binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Hazırda layihəyə baxılmaqdadır və yaxın günlərdə müavfiq rəyin verilməsi gözlənilir. Dövlət ekspertizasından rəy alındıqdan sonra binanın təmir-bərpa işlərinə başlanılması üçün aidiyyəti dövlət orqanlarına müvafiq müraciətlər ediləcək.(Xəzər tv)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar