Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Lerikin bu kəndləri ilə əlaqə hələ də bərpa olunmayıb

Tarix: 24-01-2026 14:14     Baxış: 344 A- / A+


Lerik rayonunda bir neçə gündür davam edən intensiv qar yağması bölgədə ciddi problemlərə səbəb olub.
Manevr.az oxu.az-a istinadla xəbər verir ki, güclü qar nəticəsində rayonun Çayrud, Veri, Andırma və Rıvarud kəndləri ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsinin tam bərpa olunmadığı, avtomobillərin hərəkətinin çətinləşdiyi bildirilib.
Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, yanvarın 19-dan 21-dək yağan qar örtüyünün qalınlığı Lerik şəhərində 1-1.2 metr, dağlıq ərazilərdə isə 1.3-1.5 metrə çatıb. Nəticədə bir sıra yaşayış məntəqələrinə gedən avtomobil yolları bağlanıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb:
52 saylı Yol İstismarı İdarəsi MMC-nin ağır texnikalarının cəlb olunması ilə 56 kilometrlik Lənkəran-Lerik avtomobil yolu qardan təmizlənərək nəqliyyatın hərəkəti bərpa edilib. Lerik Elektrik Şəbəkəsi isə ərazi icra nümayəndəlikləri, bələdiyyələr və yerli əhalinin köməyi ilə elektrik enerjisinin verilişini əsasən bərpa edib".
Məlumatda vurğulanıb ki, əsas magistral avtomobil yolları təmizlənsə də, yanvarın 22-23-də və sonrakı günlərdə müşahidə olunan güclü külək səbəbindən bəzi yollar yenidən bağlanıb.
"Hazırda kənddaxili avtomobil yollarının qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Çayrud inzibati ərazi dairəsinə gedən yol təmizlənsə də, axşam saatlarında əsən külək səbəbindən yol yenidən bağlanıb və səhər saatlarından etibarən texnikalar yenidən əraziyə cəlb olunublar.
Rayon ərazisində qaz, su və rabitə ilə bağlı ciddi problemlərin qeydə alınmayıb. Rayon icra hakimiyyəti tərəfindən rayonun bütün əraziləri ilə mütəmadi əlaqələr saxlanılır, qarşıya çıxan problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir", - deyə məlumatda bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar