Xəbər lenti
Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanıldı
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb. Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Xatırladaq ki, yanan evin sahibi Şamil Qurbanov oğurluq edildikdən sonra evin yandırıldığını iddia edib. O bildirib ki, yanğın baş verən zaman beş nəfər ailə üzvü ilə Bakı şəhərində olub. Yaxınları onlara zəng edərək evlərinin yandığını deyiblər. Bakıdan evlərinə qayıdan ailə üzvləri evə baxış keçirən zaman evdə bəzi əşyaların olmadığını görüblər. Ev sahibi iddia edib ki, evdən oğurluq olub, hətta oğurluq edənlər mətbəxdə mürəbbə yeyiblər, sonra isə evə od vurublar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























