Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - Video

Tarix: 17-01-2026 14:41     Baxış: 365 A- / A+


39 yaşlı Günel Cəfərova deyir ki, boğazgərmə əməliyyatı olunmaq üçün Tiktokdan tapdığı "Plastik.estetika"səhifəsinə müraciət edib.
Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda Bakının 9-cu mikrorayon, Mircəlal küçəsində yerləşən "Beauty Derm Estetik"də cərrahi əməliyyat olunub.
Günel Cəfərovanın sözlərinə görə, 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb. Şiddətli ağrıların səngimədiyini gördükdə, həkimə dəfələrlə zəng edib. Amma hər hansı bir tədbir görülməyib.
O deyir ki, üzündə və boğazında yaranmış problemin aradan qaldırlması üçün yenidən əməliyyat olunmalıdır. Lakin onun pulu qaytarılmır ki, yeni əməliyyata versin.
"Beauty Derm Estetik" mərkəzindən Esmira İbrahimli öz növbəsində suallara cavab verməkdən imtina edib və lazımi orqanlara açıqlama veriləcəyini deyərək dəstəyi asıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib: "Beauty Derm Estetik" Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla - xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar