Sizin Reklam Burada
Xəbər lenti
10-05-2026
09-05-2026
BÜTÜN XƏBƏRLƏR

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir

Tarix: 16-01-2026 16:30     Baxış: 381 A- / A+
Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir - FOTORusiya ordusunun tərkibində Ukraynada döyüşmüş soydaşımız Ruslan Şakiroviç Aslanov ictimaiyyətdən yardım istəyir.
Manevr.az xəbər verir ki, müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissədə aldadılaraq müqaviləli xidmət imzaladığını deyən soydaşımız Ukraynada döyüşmək üçün Rusiya ordusunun 41772 nömrəli hərbi hissəsinin 128-ci briqadasının 1-ci batalyonunda müddətdən artıq xidmət keçməyə məcbur olub. O, hərbi birlikdə "Qroza" ləqəbli komandrinin onu öldürməklə hədələdiyini bildirib. 
Bu səbəbdən Ruslan Aslanov hərbi hissənin ərazisini tərk edərək adı açıqlanmayan ərazidə gizlənir. O 1 ildən çoxdur ki, qaçaq həyatı yaşayır və bu müddət ərzində ona qarşı "fərarilik" ittihamı ilə Rusiya prokurorluğu cinayət işi açıb. 
Ruslan Aslanov hüquq-mühafizə orqanlarına təslim olmağa hazır olduğunu, amma ona təhlükəsizlik təminatının verilməsini xahiş edir. 
"Məni Rusiya Ordusundakı hərbi hissəmi tərk etməkdə ittiham edirlər. Hərbi hissəni tərk etməyimin səbəbi öz komandirlərimin məni öldürmək istəməsidir. Amma məsələ burasındadır ki, özüm üçün müqavilə imzalamamışam. Hərbi xidmətdə olarkən aldadılmışam. Bir ildir ki, həqiqəti üzə çıxarmağa çalışıram. Appelyasiyamdan sonra Müdafiə Nazirliyi və FXT-nin bütün günahkarları saxladığına dair bütün dəlillərim var, amma mən hələ də qaçaq hesab olunuram. İmkanınız və ali orqanlarla əlaqələriniz varsa, mənə kömək etməyinizi xahiş edirəm. İstintaqla əməkdaşlıq etməyə hazıram və heç yerdə gizlənmək istəyim yoxdur", - deyə o qeyd edib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar