Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı

Tarix: 08-01-2026 23:27     Baxış: 360 A- / A+
Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Çayoba kəndində qeydə alınmış hadisəyə görə 1991-ci il təvəllüdlü sürücü Aslan Qasımova hökm oxunub.

Bildirilib ki, o, hadisə baş verən gün 16 yaşlı bacısı oğlu İgidlə birgə VAZ-2107 markalı minik avtomobili ilə toy məclisindən evə qayıdırkən idarəetməni itirərək, maşını yol kənarındakı su kanalına aşırıb. Hadisə zamanı zərbənin təsirindən yeniyetmə avtomobilin ön şüşəsindən çıxaraq yola düşüb və aldığı xəsarətlərdən ölüb.

Mərhumun anası məhkəmədə hadisəni törətmiş qardaşından şikayətçi olmadığını bildirib.

Astara Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

Ona 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi nəzərdə tutulub. qafqazinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar