Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Şirkət rəhbəri həbsdə vəfat edib

Tarix: 07-01-2026 18:45     Baxış: 349 A- / A+


sirket-rehberi-hebsde-vefat-edib
İnşa etdiyi binalarda eyni mənzilləri bir neçə nəfərə satdığına görə dələduzluq və eyni zamanda, Cinayət Məcəlləsinin (CM) bir neçə maddəsi ilə dəfələrlə ittiham olunan tanınmış iş adamı Xanlar Cəfərov həbsdə vəfat edib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən iş adamının ölümü ilə bağlı məhkəməyə sənəddaxil olub. Hakim həmin sənədi elan edib.
Xanlar Cəfərov 2026-cı il yanvarın 1-də müalicə olunduğu tibb müəssisəsində dünyasını dəyişib.
Qeyd edək ki, Xanlar Cəfərov tikinti ilə məşğul olan "Avro Qrand" MMC-nin rəhbəri olub. O, həmçinin milyonçu iş adamı kimi də tanınıb.
Xanlar Cəfərov sonuncu dəfə 2025-ci ilin noyabrında CM-in 178-ci maddəsinin bir neçə bəndi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onunla yanaşı ittiham olunan daha iki nəfər Oktay Adışov və Xəzər Əliyev barəsində də məhkəmə hökm çıxararaq azadlıqdan məhrum etmişdi.
Onu da qeyd edək ki, Xanlar Cəfərovun eyni əməllərə görə əvvəllər də bir neçə dəfə məhkumluğu olub. 2025-ci ildə onunla bağlı sonuncu hökm verildikdən sonra onunla bağlı növbəti cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar