Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda sərxoş kişi küçədə sakinləri və azyaşlıları təhqir etdi, həbs edildi

Tarix: 06-01-2026 11:07     Baxış: 356 A- / A+

Bakının Nizami rayonunda azyaşlı uşaqları təhqir edən sərxoş kişi həbs edilib.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki , hadisə rayonun Q.Qarayev prospekti, 14 ünvanında baş verib.
1986-cı il təvəllüdlü Faiq Əmirov (ad-soyad şərti verilib – red.) sözügedən ünvanda sərxoş halda ucadan nalayiq ifadələr işlədib, səs-küy salıb.
Bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə daxil olmuş məlumat əsasında həmin yerə getmiş Nizami Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşları tərəfindən o, 25-ci polis şöbəsinə aparılıb.
Həmin vaxt Əmirov hər hansı səbəb olmadan sərxoş halda öz hərəkətlərini davam etdirib və polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədib, səs-küy salaraq polis şöbəsinin iş rejimini pozmaqla xırda xuliqanlıq edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Əmirov sərxoş halda küçədə azyaşlı uşaqları təhqir edib.
İş üzrə ifadə verən Əmirov bildirib ki, yanvarın 1-də içkili vəziyyətdə olub: “Təxminən saat 22:40-da binanın həyətində tanımadığım bir nəfərlə mübahisə etdim. Mübahisə zamanı sərxoş olduğum üçün ucadan nalayiq söyüşlər söydüm. Həmin vaxt post-patrul əməkdaşları yaxınlaşdı. Polislər gəldikdən sonra hərəkətlərimi dayandırdım və heç bir etiraz etmədən polis şöbəsinə getdim”.
Təqsirli bilinən şəxsin sözlərinə görə, sərxoşluqdan ayıldıqdan sonra çəkilmiş video görüntülərə baxıb: “Özüm də bu hərəkətlərimdən, söydüyüm söyüşlərdən utandım. Buna görə üzr istəmişəm. Əməlimdən səmimi peşmanam. Bu hərəkətləri sərxoş olduğuma görə etmişəm”.
Əmirov ifadəsinin sonunda iki azyaşlı uşağının olduğunun nəzərə alınmasını xahiş edib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Əmirov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. Onun həbs olunma müddətinin əvvəli yanvarın 2-dən hesablanması qərara alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar