Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

Füzulidə müəmmalı yanğınlar: Fermerin təsərrüfatı alova bürünür

Tarix: 03-01-2026 22:45     Baxış: 3114 A- / A+
Füzuli rayonunun Qaraxanbəyli kənd sakini İsmayıl İsmayılov təsərrüfatında silsilə yanğınların törədildiyini iddia edir.

Onun sözlərinə görə, son dörd ay ərzində təsərrüfatında ümumilikdə altı yanğın hadisəsi baş verib.

İsmayıl İsmayılov hazırda Qayıdış qəsəbəsində məskunlaşıb. O bildirib ki, ailə üzvləri və yaxınları ilə birlikdə xırdabuynuzlu heyvan təsərrüfatı ilə məşğuldur.

Təsərrüfat sahibinin sözlərinə görə, ardıcıl şəkildə baş verən yanğınlar nəticəsində ona külli miqdarda maddi ziyan dəyib. Son dörd ayda altı yanğın hadisəsinin qeydə alınması ailənin narahatlığını daha da artırıb.

İsmayıl İsmayılov qeyd edib ki, sonuncu yanğınlar ötən ilin dekabr ayının 29 və 31-də, eləcə də bu il yanvarın 1-də baş verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis orqanlarına Füzuli rayon sakinlərindən şikayət ərizələri daxil olub. Polis əməkdaşları tərəfindən vətəndaşların izahatları alınıb, müvafiq prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcəyi bildirilib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar