Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Qubada gəlin qayınanasının başını divara çırpdı - Çay hazırlamaq DAVASI

Tarix: 24-12-2025 17:49     Baxış: 455 A- / A+


Qubada gəlin qayınanasının  başını divara çırpdı - Çay hazırlamaq  DAVASI
Qubada gəlin qayınanasını döyüb.
Manevr.az-ın məlumatına görə, hadisə Gədikqışlaq kəndində qeydə alınıb.
26 yaşlı Mahizər Sultanova (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı qayınanasının saçından tutaraq, əvvəl sillə ilə üzünə vurub, sonra isə başını divara çırpıb.
Bu əməlinə görə, Mahizər Sultanova saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ildə, 16 yaşında ailə qurub və hazırda 5 övladı var. Onun sözlərinə görə, qayınanası ilə dava işdən gələn ərinə çay hazırlamaq üstündə baş verib. Belə ki, Mahizər gecə saat 12-də işdən gələn ərinə çay hazırlamayıb və qayınanası bunun səbəbini soruşanda aralarında mübahisə yaranıb. Mübahisə zamanı gəlin qayınanasının üzünə sillə vurub, sonra saçından tutaraq, başını divara çırpıb. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb. Hadisə şahidi olan Mahizərin əri onu tutaraq, digər otağa aparıb və anası ilə arvadını ayırıb.
Zərərçəkən qadın gəlinini bağışlamadığını və ona cəza verilməsini istədiyini deyib.
Quba rayon Məhkəməsinin qərarı ilə Mahizər Sultanova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 aylıq islah işləri cəzasına məhkum edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar