Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Hərəkətdə olan maşından yük düşdü, təhlükəli vəziyyət yaratdı

Tarix: 23-12-2025 11:47     Baxış: 350 A- / A+
Hərəkətdə olan yük avtomobilindən yolun ortasına düşən yük təhlükəli vəziyyət yaradıb.
Manevr.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi görüntülər yayıb.
NİİM yük avtomobillərinin sürücülərinə müraciət edərək yük daşıyarkən möcvud qaydalara əməl etmələrini xatırladır.
Yüklərin daşınması qaydalarına əməl etmədikdə nə baş verir?
Paytaxtın mərkəzi yolunda qeydə alınan bu hadisə qaydalara əməl etməməyin nə qədər təhlükəli nəticələrə səbəb olacağının sadəcə bir nümunəsidir.
Yük avtomobillərinin sürücüləri bilməlidir ki:
Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.
Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.
“Yol hərəkəti haqqında” Qanunun 57-ci maddəsində göstərilən bu və digər müddəaları hər bir yük avtomobilinin sürücüsü bilməli və qaydalara əməl etməlidir. Unutmayaq ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi deməkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar