Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir

Tarix: 17-12-2025 23:30     Baxış: 349 A- / A+
Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb.

2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb.

Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölüm faktı qeydə alınıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.

Vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir.

Partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.

Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil.

Onun üç övladı erkən həyatdan köçüblər.

İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib.

2012-ci ildə isə Mirəlioğlunun qızı 28 yaşlı Mahirə Fəttayeva qəflətən dünyasını dəyişib.

2016-cı ildə Mirəlioğlunun 11-ci sinifdə oxuyan bacısı oğlu Ümid qəflətən ölüb. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar