Xəbər lenti
Kanalizasiya xətti üzərində tikilmiş evlərin bünövrəsi çökdü – VİDEO
Manevr.az xezerxeber.az-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsi, Tomris küçəsində kanalizasiya kollektoru torpaq qatı ilə birlikdə anidən çöküb.
Bu səbəbdən kollektor üzərində inşa edilən evlərə ciddi ziyan dəyib.
Sakinlər deyir ki, artıq 5 gündür evdən çıxıblar.
Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı əlaqədar qurumlara müraciət ünvanlayıblar, lakin adıqları cavab "evdən çıxın, qəzalıdır" olub.
Məsələ ilə bağlı Binəqədi Rayan İcra Hakimiyyətindən qeyd olundu ki, həmin evlər uzun illər əvvəl tikilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, qeyd olunan ünvanda vətəndaşların fərdi yaşayış evləri diametri 1000 mm olan tullantı su kollektorunun mühafizə zolağında deyil, birbaşa üzərində inşa edilib. İki gün öncə həmin çöküntü baş verən zaman rayonun sukanal idarəsi əraziyə baxış keçirib, mövcud durum dəyərləndirilib. Vətəndaşlara bu vəziyyətdə yaşamağın təhlükəli olduğu və yaşayış yerlərini tərk etmələrinin vacibliyi barədə yazılı surətdə xəbərdarlıq edilib. Mövcud durum dəyərləndirildikdən sonra müəyyən olunub ki, artıq həmin kollektorun bərpası qeyri-mümkündür. Bu səbəbdən yeni layihə hazırlanıb və layihənin icrasına başlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































