Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Astarada sərxoş kişi arvadını odun parçası ilə döydü

Tarix: 13-12-2025 08:25     Baxış: 366 A- / A+
Astarada kişi həyat yoldaşını odun parçası ilə döyüb.

Hadisə rayonun Şüvi kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Elçin Dadaşov mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadığı evə gəlib. Bu səbəbdən onunla həyat yoldaşı arasında tez-tez mübahisələr yaranıb.

Bir müddət əvvəl E.Dadaşov yenidən kənd ərazisində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşından yemək istəyib. Həyat yoldaşı isə onun növbəti dəfə spirtli içki qəbul etməsinə etiraz edərək yemək verməyib. Nəticədə, cütlük arasında mübahisə yaranıb.

E.Dadaşov evdə sobanın yanında yığılmış odun parçasını götürərək həyat yoldaşına zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və E.Dadaşov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Astara Rayon Məhkəməsində tərəflər arasında barışıq əldə olunub, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar