Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəbdə 8 şagird saqqızdan zəhərləndi

Tarix: 11-12-2025 13:45     Baxış: 3112 A- / A+
Məktəbdə 8 şagird saqqızdan zəhərləndiBu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
Manevr.az xəbər verir ki, bu barədə apa-ya 14 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb:
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar