Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə məmur müğənniyə görə xuliqanlıq etdi

Tarix: 03-12-2025 18:31     Baxış: 442 A- / A+



Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb.
Müəyyən edilib ki, iyunun 23-də Xankəndi şəhərində yerləşən "Nəqşicahan" restoranında Turalın iş yoldaşı İlqarın ad günü mərasimi keçirilib. İlqar tanışı Fidan Quliyevadan (şərti) həmin mərasimə müğənni dostu Ləmanı (şərti) da gətirməsini xahiş edib.
Məclisdə iştirak etdikdən sonra müğənni yaşadığı Gəncə şəhərinə qayıdıb. Bundan sonra sərxoş halda olan Tural və İlqar Ləmanla görüşmək məqsədilə gecə saat 01 radələrində Fidanın evinə gediblər. Onlar Ləmanın da həmin evdə olduğunu düşünüblər. Lakin qadın qapını açmayıb. Bunu görən Tural pəncərədən keçərək Fidanın azyaşlı övladları ilə yaşadığı mənzilə daxil olub. Səs-küyə qonşular da gəlib və dava-dalaş düşüb.
Hadisə nəticəsində Tural bir nəfərin barmağını sındırıb, həmçinin Fidana xəsarətlər yetirib.
Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra Tural saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq) maddələri ilə iş açılıb.
O, ifadəsində bildirib ki, Xankəndidə qanunsuz məskunlaşma üçün gecə reydə çıxıbmış və buna görə həmin mənzilə daxil olub.
Xankəndi Şəhər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Tural İmanova 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar